Ağ Ev: Bayden G7 sammitində Zelenski ilə görüşə maraqlıdır


Ukrayna Prezidenti Volodimir Zelenski G7 sammitinin keçirildiyi Xirosimaya gəlsə, ABŞ Prezidenti Cozef Bayden onunla görüşə bilər.

Turanın səsi ”  “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

“Prezident Bayden Prezident Zelenski ilə təkbətək danışığı səbirsizliklə gözləyir”, – rəsmi deyib. Lakin o, bununla belə rəsmi məlumatın olmadığını da vurğulayıb.

Sallivan Zelenskinin Yaponiyaya gəlişinin təmin edilməsində ABŞ-ın əli olub-olmaması ilə bağlı sualı da cavablandırıb: “Zelenskini bura gətirən ölkə ABŞ deyil”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir