AEBA rəhbəri və Volodimir Zelenski Zaporojye AES-dəki durumu müzakirə edib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230427_001559.jpg)
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi aprelin 26-da Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.
“Turanın səsi ” xəbər verir ki, bunu təşkilat sədri tviterdə yazıb.
Tərəflər Çernobıl faciəsinin 37-ci ildönümü və Zaporojye Atom Elektrik Stansiyasındakı (AES) durumu müzakirə ediblər.