Adanada 4,5 maqnitudalı zəlzələ olub
Türkiyənin Adana şəhərinin Saimbeyli rayonunda 4,5 maqnitudalı zəlzələ olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 9,38 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 20:47-də qeydə alınıb.