Adanada 4,4 bal gücündə zəlzələ olub


Türkiyənin Adana vilayətinin Saimbəyli rayonunda 4,4 bal gücündə zəlzələ olub.

turanın səsi ”  xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə saat 04:56-da qeydə alınan yeraltı təkanlar təxminən 7 kilometr dərinlikdə baş verib.

Qeyd edək ki, Türkiyədə zəlzələ baş verən bölgələrdən biri olan Adanada axtarış-xilasetmə işləri başa çatıb. Bölgədə dağıntılar altından 34 vətəndaş çıxarılıb, 418 nəfər isə həlak olub.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan edilib.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir