ABŞ və Finlandiya prezidentləri Ukraynaya dəstək məsələsini müzakirə ediblər

Martın 9-da Finlandiya Prezidenti Sauli Niiniste və amerikalı həmkarı Cozef Bayden Ukraynaya dəstək məsələsini müzakirə ediblər.

Turanın səsi ”  xəbər verir ki, bu barədə skandinaviyalı siyasətçi tviterdə bildirib.

“Bu gün Ağ evdə Prezident Baydenlə yaxşı və vacib söhbətimiz olub”, – tvitdə qeyd olunub.

S. Niiniste amerikalı dövlət başçısını liderliyinə və NATO-ya üzvlük prosesində Finlandiyaya güclü dəstəyinə görə təşəkkür edib.

“Biz həmçinin Ukraynaya dəstəyimizi müzakirə etdik”, – Finlandiyanın Prezidenti vurğulayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir