ABŞ və Çin arasında “soyuq müharibə” təhlükəsi

Çin  ABŞ-ın yeni prezidenti Donald Trampı üstüörtülü təhdid ünvanlayıb.

turaninsesi.az” xəbər verir ki, Çinin xarici işlər naziri Lin Şi Trampı başda “Tayvan məsələsi” və Pekinin daxili işləri olmaqla, 4 əsas məsələ ilə bağlı özlərinin siyasətini tapdalamamağa çağırıb.

Çin rəsmisi diqqəti ölkəsinin özünməxsus iqtisadi təməlləri olduğuna çəkərək Trampın yeni prezidentliyi dövründə bunlara hörmət etməyəcəyi təqdirdə Pekinlə Vaşinqton arasında “soyuq müharibə”nin başlaya biləcəyinə işarə edib. 

Xatırladaq ki, Donald Tramp namizədliyi dövründə prezident seçiləcəyi təqdirdə Çin şirkətlərinin “gününü qara edəcəyini” demişdi.