ABŞ və Aİ Ermənistanda yeni AES tikəcək

ABŞ və Avropa İttifaqı Ermənistanda enerjinin diversifikasiyası çərçivəsində modul tipli atom-elektrik stansiyası inşa edəcək.

 “Turanın səsi ” “Hraparak“a istinadla xəbər verir ki, bununla bağlı gizli razılaşma Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və ABŞ dövlət katibi Entoni Blinkenlə görüşlərdə əldə edilib. Öz növbəsində, rəsmi İrəvan hələlik müvafiq tələbin irəli sürüldüyünü inkar edir.

Cənubi Qafqazda işləyən yeganə atom-elektrik stansiyası olan “Metsamor” AES-in bağlanması barədə razılıq əldə olunub.

Qərbin yeni modul tipli AES-in inşası tələbinə gəlincə bu, əsasən mülki əhalinin həyatına təhlükənin qarşısını almaq məqsədi daşıyır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir