ABŞ Ukraynaya daha 325 milyon dollarlıq hərbi yardım paketi ayırıb

ABŞ Ukraynaya 325 milyon dollar dəyərində yeni silah və hərbi texnika paketi verməyə qərar verib.

Turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı yazılı bəyanatda deyilir.

“ABŞ Prezidenti Cozef Baydenin verdiyi səlahiyyətə uyğun olaraq, mən Ukraynaya 40-cı mövcud silahların ayrılmasına icazə verirəm. Bu, 325 milyon dollar dəyərində Amerika silah və texnikası verəcək”, – sənəddə deyilir.

Buraya HHM sistemləri, HIMARS, döyüş sursatları, artilleriya mərmiləri, tank əleyhinə sistemlər və zirehli maşınlar daxildir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir