ABŞ Türkiyəyə “F-16” satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsindən çıxarıb
ABŞ Konqresinin Nümayəndələr Palatasının Türkiyəyə “F-16”ların satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsi qanun layihəsindən tamamilə çıxarıb.
“Turanın səsi ” xəbər verir ki , “Anadolu”ya istinadən xəbər verir ki, ABŞ Konqresinin hər iki palatasının Silahlı Qüvvələr üzrə Komitələri 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) 858 milyard dollarlıq müdafiə büdcəsini razılaşdırıblar.
Qanun layihəsinin son variantında yunan lobbisinə yaxınlıqları ilə tanınan Nyu-Hempşir nümayəndəsi demokrat Kris Pappas, Florida ştatının respublikaçı nümayəndəsi Qus Bilirakis, Nyu-York təmsilçisi respublikaçı Nikol Malliotakis və Nyu-Cersi nümayəndəsi demokrat Frent Pellone daxil olmaqla 18 nümayəndə tərəfindən təqdim edilən və qanun layihəsinin Nümayəndələr Palatasının versiyasına əlavə edilərək qəbul edilən Türkiyəyə “F-16” satışlarını məhdudlaşdıran heç bir bənd yer almayıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09