ABŞ Tayvana “Javelin” və “Stinger” komplekslərini pulsuz verəcək

Birləşmiş Ştatlar qrant paketinin bir hissəsi kimi təcili olaraq Tayvana “Stinger” portativ hava hücumundan müdafiə sistemlərini tədarük etməyi planlaşdırır.

Turanın səsi ”  xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən “South China Morning Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, Pentaqon adaya “Javeli”n və “TOW 2B Aero” tank əleyhinə raket sistemlərini də verəcək. Nəşrin həmsöhbətinin fikrincə, belə silahlar Tayvana “kommunist qüvvələrə qarşı mübarizədə asimmetrik imkanları” gücləndirməyə imkan verəcək.

Komplekslərin çatdırılma tarixləri Vaşinqton tərəfindən daha sonra elan ediləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir