ABŞ tarixində ikinci dəfə azotla edam həyata keçirildi
ABŞ tarixində metodun tənqid olunmasına baxmayaraq Alabamada ikinci dəfə azotla edam həyata keçirilib.
“turaninsesi.az“-ın məlumatına görə, bu barədə hökmün icrasını müşahidə edən “Associated Press” agentliyi xəbər yayıb.
ABŞ vətəndaşı, 59 yaşlı Alan Yugin Miller edam edilib. O, 1999-cu ildə üç nəfərin qətlinə görə ölüm cəzasına məhkum edilib. “Mən burada olmaq üçün heç nə etməmişəm”, – o deyib.
Edam zamanı məhkuma nəfəs maskası vasitəsilə azot verilir ki, bu da hipoksiyaya və nəticədə ölümə səbəb olur. Alabama ştatı artıq 2022-ci ildə Millerə qarşı ölüm hökmünü icra etməyə çalışıb, lakin həkimlər ona öldürücü iynə vura bilməyiblər.
Xatırladaq ki, yanvar ayında Alabama ştatında 1988-ci ildə sifarişli qətl törətməkdə təqsirli bilinən 58 yaşlı Kennet Yugin Smit azot qazı ilə edam olunub. O zaman BMT və Aİ bu edam üsulunu tənqid edib və demokratların nəzarətində olan Ağ Ev edamdan dərin narahatlığını bildirib.