ABŞ təzyiq göstərir: Müharibəyə daha çox adam göndərin
ABŞ səfərbərlik yaşını 18 yaşa endirmək üçün Ukrayna hakimiyyətinə təzyiq göstərir.
“turaninsesi.az” Reuters-ə istinadla xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən Bayden administrasiyasının təmsilçisi bildirib.
O deyib ki, Ukrayna kifayət qədər canlı qüvvə səfərbər etmir və ona görə də indi Donbasda geri çəkilir.
Rəsminin sözlərinə görə, Kiyev daha 160 min insanı səfərbər etməli olduğunu düşünür, lakin ABŞ-ın fikrincə, bu say kifayət deyil.
İndi Ukraynada, qanuna görə, 25-60 yaş arası kişilər müharibəyə aparılır. 18-25 yaş arası oğlanlar bəzi istisnalarla hərbi xidmətə çağırılır və ilkin hərbi hazırlıq keçilir, lakin cəbhəyə getmirlər.