ABŞ Şimali Koreyadan Rusiyaya silah ixracı ilə bağlı məlumatları BMT-yə təqdim edib

0

Amerika Birləşmiş Ştatları BMT-nin sanksiya komitəsinə Koreya Xalq Demokratik Respublikasından (KXDR) Rusiyaya silah tədarükünü özündə ehtiva edən məlumatları təqdim edib.

Turanın səsi ” in verdiyi məlumata görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Daha əvvəl qeyd etdiyimiz kimi, KXDR-dən silah ixracı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birbaşa pozulmasıdır. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə bu pozuntuları Təhlükəsizlik Şurasında qaldırmağa davam edəcəyik”, – ABŞ rəsmisi əlavə edib.

Bundan əvvəl Kirbi brifinqdə bəzi peyk şəkillərini təqdim edib. Həmin fotolarda KXDR-dən Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətinə silah tədarükü nümayiş olunub

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir