ABŞ Senatı Ukraynanı dəstəyi davam etdirməyi vəd verib

ABŞ Senatı Ukraynaya lazımi dəstəyi göstərməyə davam edəcək.

Turanın səsi ” “The Washington Post”a istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin yuxarı palatasında demokrat çoxluğun lideri Çak Şumer deyib.

“Ukrayna xalqına söz verirəm ki, ABŞ Senatı bu müharibə dövründə Kiyevi dəstəkləmək öhdəliyindən əl çəkməyəcək”, – o deyib.

Siyasətçinin sözlərinə görə, 2022-ci ildə Senat Ukraynaya 113 milyard dolların ayrılmasını təsdiqləyib və bu vəsait Kiyevə hərbi, iqtisadi və humanitar yardım üçün istifadə olunub. Senator əlavə edib ki, bunun üzərində dayanmaq olmaz, o, demokratlar kimi respublikaçıların da Ukraynaya əlavə yardımın tərəfdarı olduqlarını vurğulayıb.

Bundan əlavə, Şumer digər Qərb ölkələrini Kiyevə hər cür dəstəyi davam etdirməyə çağırıb.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir