ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi Rusiyanın nəzarətində altında olan Qvatemaladakı mədən şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
“Turanın səsi” xəbər verir ki, bu barədə nazirliyin müvafiq bəyanatında deyilir.
“Maqnitski aktı” əsasında Amerikanın qara siyahısına rusiyalı Dmitri Kudryakov və Belarus vətəndaşı İrina Litvinyukun adı daxil edilib, onlar Qvatemalada dağ-mədən sektorunun istismarında ittiham edilirlər.
Bundan əlavə, Qvatemaladakı “Compania Guatemalteca de Niquel”, “Compania Procesadora de Niquel” və “Mayaniquel” şirkətlərinə də sanksiyalar tətbiq edilib.