ABŞ rəsmi Tbilisiyə qarşı sanksiyaları sərtləşdirir
Bayden administrasiyası səlahiyyət müddəti bitməmiş Gürcüstan hakimiyyətinə qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.
“turaninsesi.az” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller təsdiqləyib.
“Cavabımızın necə sərtləşdirdiyimizi gördünüz. Bu tədbirlərimizi, o cümlədən əlavə sanksiyaları sərtləşdirməyə davam edəcəyik. Sanksiyaların mahiyyətinin nədən ibarət olacağını deməyəcəyəm. Amma bəli, səlahiyyət müddətimizin bitməsinə qədər Gürcüstan hökumətinə qarşı əlavə sanksiyalar tətbiq edəcəyik”, – deyə Miller vurğulayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI