ABŞ planı: Ukrayna zəmanətsiz qalacaq

ABŞ-ın avropalı tərəfdaşlarına təqdim etdiyi Ukrayna münaqişəsinin nizamlanması planına, ehtimal ki, Vaşinqtonun Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirakı daxil deyil və bu, onun həyata keçirilməsinə maneə ola bilər.

turaninsesi.az” “The Washington Post”a istinadla xəbər verir ki Ukrayna bu halda öz gücünə və Avropanın köməyinə arxalanmağa məcbur olacaq.

Avropa hökumətlərinin nümayəndələri Kiyevə təhlükəsizlik zəmanətinin verilməsinin istənilən razılaşmanın həyata keçirilməsinə zəmanət verən əsas şərt olduğunu bildiriblər.

Birləşmiş Ştatlar öz müttəfiqlərini digər məsələlərlə yanaşı, Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını nəzərdə tutan Ukraynaya dair sülh təklifinin əsasları ilə tanış edib.

ABŞ-ın planı Rusiyanın işğal etdiyi əraziləri öz nəzarətində saxlamaqla, silahlı münaqişənin effektiv şəkildə dondurulmasına gətirib çıxara bilər. Ukrayna NATO-ya üzv olmaq imkanından məhrum olacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI