ABŞ nüvə triadasının üçdə ikisi döyüşə hazır vəziyyətdədir

Amerikanın strateji nüvə qüvvələrinin üçdə ikisi döyüşə hazır vəziyyətdədir.

Turanın səsi ” xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Strateji Komandanlığı məlumat yayıb.

“Ölkənin təhlükəsiz, etibarlı və effektiv nüvə triadasının üçdə ikisi münaqişədə qalib gəlməyə həmişə hazırdırlar”, – bəyanatda deyilir.

Qeyd edək ki, hazırda ABŞ-ın strateji daşıma vasitələrində təxminən 1,7 min nüvə başlığı var.

Amerikalı ekspertlərin fikrincə, 1 370 nüvə başlığı silos əsaslı 400 Minuteman III qitələrarası ballistik raketdə daşınır.

Bundan əlavə, 46 ədəd “B-52H” strateji bombardmançı təyyarəsi və 20 ədəd “B-2” gizli bombardmançı təyyarə 300 nüvə başlığı ilə təmin olunub. Daha 100 taktiki nüvə bombası Avropadakı hava bazalarında yerləşir.

Bundan əlavə, hazırda Pentaqonun ehtiyatında yerləşdirilməyən 1 938 nüvə başlığı var.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir