ABŞ-nin xəbərdarlığı: İran nüvə silahının bir addımlığındadır

İran yaxın həftələrdə nüvə silahı hazırlamaq üçün material əldə edəcək.

turaninsesi.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken bildirib.

O, Kolorado ştatının Aspen şəhərində keçirilən təhlükəsizlik forumunda deyib: “Nüvə razılaşması pəncərədən atılarkən, İranın nüvə silahı materialları istehsal etmək gücünə malik olmasından bir il əvvəl deyil, bəlkə də bir-iki həftə qalmışdan danışırıq”.

Dövlət katibi ABŞ-ın İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini vurğulayaraq, Vaşinqtonun bu məsələni diplomatik yolla həll etməyə üstünlük verdiyini qeyd edib.

Blinken əlavə edib ki, İran hələ nüvə silahı istehsal etməsə də, Birləşmiş Ştatlar Tehranı “yavaşlatmaq” üçün təzyiq göstərməlidir.

“Əgər İran əməkdaşlığa ciddi yanaşarsa, bizim onun nüvə proqramı üzrə işindən əsl imtina etməmiz lazımdır”, – deyə dövlət katibi bildirib.

2015-ci ildə “altılıq” beynəlxalq vasitəçilər (Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa) və İran Tehranın nüvə proqramını məhdudlaşdırması müqabilində İrana qarşı sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planını imzalayıb.

2018-ci ilin may ayında ABŞ-ın o zamankı prezidenti Donald Tramp JCPOA-dan çıxdı və birtərəfli anti-İran sanksiyalarını bərpa etdi. Buna cavab olaraq Tehran saziş çərçivəsində nüvə proqramını məhdudlaşdırmaq üzrə öhdəliklərini tədricən azaltmağa başlayıb.

ABŞ prezidenti Co Bayden müəyyən şərtlər daxilində nüvə sazişinə qayıtmağa hazır olduğunu açıqlayıb.

Ötən ilin dekabrında MAQATE İranın zənginləşdirilmiş uran ehtiyatını artırdığını iddia edən hesabat yayıb. Aİ diplomatiya rəhbəri Josep Borrell-in sözçüsü Peter Stano bu ilin yanvarında dediyi kimi, bu, Aİ-də böyük narahatlıq yaradır və Brüssel İranın nüvə sazişinə qayıtmağı zəruri hesab edir.

ABŞ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir