ABŞ-nin köməyi olmadan Ukrayna Rusiya qarşısında neçə gün tab gətirər?

Ukraynada müharibənin cəbhə xətti ABŞ-dan hərbi yardımın dayandırılması ucbatından labüd şəkildə dağılma təhlükəsi ilə üzləşmir. Ancaq təminatda fasilənin nəticələri zaman keçdikcə daha da kəskinləşəcək.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
2 ABŞ rəsmisi “ABC News”-a bildirib ki, PDA (Presidential Drawdown Authority – “Prezident Səlahiyyətləri Proqramı”) çərçivəsində Birləşmiş Ştatların öhdəsinə götürdüyü Ukraynanı silahla təmin etmənin təxminən 90%-i artıq ölkəyə gətirilib. Bu silahlara döyüş sursatları və tank əleyhinə sistemlər daxildir.
PDA-da qalan 10% silah 2025-ci ilin avqustuna qədər Ukraynaya çatmalıdır. Ukrayna ilə Amerika şirkətləri arasında bağlanan silah müqavilələri üzrə pulun çoxunu Kiyev artıq ödəyib.
Ukraynanın müdafiə nəşri olan “Defense Express”in baş redaktoru Oleq Katkovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri üçün silahların təqribən 30%-ini ABŞ, daha 30%-ini avropalı tərəfdaşlar, qalan 40%-ini isə Ukrayna öz müdafiə sənayesi hesabına istehsal edir.
ISW qeyd edib ki, Ukrayna hazırda əlində olan silahlarla, avropalı tərəfdaşların verdiyi və verməyə davam edəcəyi silahlarla, eləcə də təkbaşına istehsal etdiyi silahlarla mübarizəni davam etdirəcək.
“Tramp administrasiyasının köməyinə fasilə verilməsi Ukraynanın özünü müdafiə etmək və indiki tempi ilə hücum əməliyyatları aparmaq qabiliyyətinə mənfi təsir göstərəcək. Lakin bu, yaxın aylarda cəbhənin tam dağılmasına gətirib çıxarmayacaq”, – məlumatda deyilir.
Müharibənin Tədqiqi İnstitutunun analitikləri, həmçinin qeyd ediblər ki, Rusiya qüvvələri 2024-cü ilin əvvəlində ABŞ-ın hərbi yardımının dayandırılması zamanı olduğu kimi, Ukrayna texnikasının çatışmazlığından çox güman ki, istifadə edəcəklər.
ISW hesabatında deyilir: “Ruslar Ukraynanın şərqində və cənubunda daha da irəliləmək və Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin bütün ərazilərinə ərazi iddialarına haqq qazandırmaq üçün ABŞ-ın yardımındakı fasilədən istifadə etməyə çalışacaqlar”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI