ABŞ Müdafiə Nazirliyi Ukrayna üçün silah istehsalını sürətləndirmək məqsədilə külli miqdarda vəsait ayırıb


ABŞ Müdafiə Nazirliyi Ukraynaya tədarük məqsədilə inteqrasiya olunmuş raket hərəkət sistemlərinin istehsalını artırmaq üçün “Aerojet Rocketdyne” (AR) şirkəti ilə 215,6 milyon dollar dəyərində müqavilə bağlayıb.

turanın səsi ” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Vəsait istehsal proseslərinin modernləşdirilməsinə, avadanlıqların alınmasına və “Javelin” və “Stinger” raket sistemlərinin, həmçinin GMLRS reaktiv yaylım atəş sistemlərinin istehsalı və çatdırılma sürətinin artırılmasına yönəldiləcək.

Müqavilə ABŞ Prezidenti Co Baydenin 2022-ci ilin oktyabrında imzaladığı “Ukrayna üçün əlavə ayırmalar” haqqında qanunu çərçivəsində maliyyələşdirilib. Qanuna əsasən, rəsmi Kiyev 2023-cü ildə 12,4 milyard dollar məbləğində maliyyə yardımı alacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir