ABŞ müəyyən şərtlər daxilində KXDR-ə humanitar yardım göstərməyə hazırdır


ABŞ istənilən vaxt, istənilən yerdə Koreya Xalq Demokratik Respublikası ilə (KXDR) danışıqlara hazırdır.

Turanın səsi ” xəbər verir ki, bu barədə bazar ertəsi brifinqdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

O, ölkəsinin müəyyən şərtlər daxilində KXDR-ə humanitar yardım göstərməyə açıq olduğunu bəyan edib.

“Biz ciddi problemlərin həlli üçün istənilən vaxt və hər yerdə görüşməyə hazırıq. KXDR xalqına kömək etmək üçün müvafiq təminatlarla humanitar yardım göstərməyə açığıq”, – deyə o əlavə edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir