ABŞ Konqresi Trampa qarşı ittihamlara cavab verib
ABŞ Konqresi keçmiş prezident Donald Trampa qarşı mümkün ittihamlara cavab verib.
“Turanın səsi ” TASS-a istinadən xəbər verir ki, Nümayəndələr Palatasının spikeri Kevin Makkarti siyasətçiyə qarşı mümkün ittihamlara münasibət bildirib.
Onun fikrincə, prokuror vəzifə səlahiyyətlərindən sui-istifadə edir və Trampla siyasi hesablaşmaya çalışır.
Spiker Nümayəndələr Palatasının müvafiq komitələrinə siyasi motivli təqib yolu ilə seçkilərə müdaxiləni araşdırmağı tapşırıb.