ABŞ İranın üç rəsmisinə sanksiya tətbiq edib

0

ABŞ rəhbərliyi İranda etirazların yatırılması ilə bağlı İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) və İran İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələri ilə əlaqəli üç iranlı məmura qarşı sanksiyalar tətbiq edib.

Turanın səsi  xəbər verir ki, bu barədə noyabrın 23-də ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İran rejiminin ölkədəki etiraz aksiyalarına qarşı davam edən repressiyaları ilə əlaqədar İranın təhlükəsizlik orqanlarının 3 məmuruna sanksiyalar siyahısına əlavə edir”, – mətndə vurğulanıb.

Məhdudiyyətlərin ABŞ Prezidenti Cozef Baydenin “İranla bağlı ciddi insan haqları pozuntularına yol vermiş şəxslərə” qarşı sanksiyaları nəzərdə tutan fərmanı çərçivəsində tətbiq edildiyi vurğulanıb. Siyahıya İranın Kürdüstan əyalətinin inzibati mərkəzi olan Sənəndəc şəhərinin regional hakimiyyət orqanlarının nümayəndələri Həsən Əsgəri və Əlirza Moradi daxil edilib. Qərbi Azərbaycan əyaləti və Məhabad şəhərinin hakimiyyətinin nümayəndəsi Məhəmməd Osanluya da sanksiya tətbiq edilib. Sənəddə qeyd edilib ki, onların hamısı İİKK və ya İran İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələri ilə əlaqəlidir:

“Bu gün barələrində sanksiya tətbiq edilən şəxslər artıq sanksiyalar tətbiq edilən bu təşkilatların maraqları naminə hərəkət edib və ya hərəkət etdiyi güman edilir”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir