ABŞ İran firmasına qarşı sanksiya tətbiq edib


ABŞ Maliyyə Nazirliyi İranın “Arvan Cloud” şirkəti və onun Dubayda yerləşən törəmə şirkəti “ArvanCloud Global Technologies”ə qarşı internetin İran seqmentində senzuranın tətbiqində Tehran hakimiyyətinə yardımçı olduğuna görə sanksiya tətbiq edib.

turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, verilən məlumata görə, “Arvan Cloud”un iki təsisçisinin adı “qara siyahı”ya salınıb. Onların hər ikisi hazırda şirkətdə rəhbər vəzifələrdə çalışırlar. ABŞ hökumətinin fikrincə, “Arvan Cloud” İranın kəşfiyyat orqanları ilə sıx əlaqələrə malikdir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir