ABŞ-İran danışıqları: Şənbə günü başlayır

İranın xarici işlər naziri Abbas Əraqçi Tehran və Vaşinqton arasında dolayı danışıqların şənbə günü Omanda keçiriləcəyini təsdiqləyib.

turaninsesi.az” xəbər verir ki, o, X hesabında yazıb:

“İran və ABŞ təmsilçiləri yüksək səviyyəli dolayı danışıqlar üçün Şənbə günü Omanda görüşəcəklər. Bu həm fürsət, həm də sınaqdır. Top Amerika meydanındadır”.

Bundan əvvəl “New York Times”ın jurnalisti Farnaz Fassihi Omanda keçiriləcək görüş barədə məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp Bazar ertəsi bildirib ki, ABŞ və İran İranın nüvə məsələsi ilə bağlı birbaşa danışıqlar aparır:

“Bizim İranla birbaşa danışıqlarımız var. Ümid edirəm ki, bu danışıqlar nəticə verəcək”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI