ABŞ İnstitutu: “Rusiya ictimaiyyəti müharibədən bezib, 55 faiz insan sülh danışıqlarının tərəfdarıdır”

“Rusiya ictimaiyyəti ölkələrinin Ukraynadakı müharibəsindən artıq beziblər”.

Turanın səsi ” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, bunu aparılan rəy sorğuları təsdiqləyir: “Rusiyanın müxalif media orqanı “Meduza”nın məlumatına görə, rusların 55 faizi Ukrayna ilə sülh danışıqlarının tərəfdarıdır, 25 faiz isə müharibənin davam etdirilməsini istəyir. Digər müstəqil təşkilatların həyata keçirdiyi sorğular da oxşar nəticəni ortaya qoyur”.

ABŞ analitikləri bildiriblər ki, Levada Mərkəzinin direktoru Denis Volkovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik fərmanından sonra Ukrayna ilə sülh danışıqlarını dəstəkləyəcək rusların payı sürətlə artmağa başlayıb: “Qismən səfərbərlik və Rusiyanın döyüş meydanındakı uğursuzluqları Rusiya ictimaiyyətində narazılığı artırır”.

Məlumata görə, Rusiyada gizli səfərbərliyin davam etdirilməsi istisna deyil: “Rusiya ukraynalı uşaqların qanunsuz deportasiyasını asanlaşdırmaq üçün tədbirlər görməyə davam edir. Rusiya rəsmiləri ukraynalı uşaqların Rusiya ərazisinə kütləvi deportasiyasına haqq qazandırmağa çalışırlar. Onlar bunun üçün xəsarət almış uşaqlara tibbi yardımın göstərilməsi ilə bağlı zərurəti əsas gətirirlər”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir