ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub
Suriyanın Deyr əz-Zor əyalətindəki Ömər neft yatağının yaxınlığında yerləşən ABŞ hərbi bazası raket hücumlarına məruz qalıb.
“Turanın səsi” xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.
Amerikanın hərbi obyektində bir neçə partlayış səsi eşidilib, daha sonra yanğın başlayıb. Mümkün itkilər barədə məlumat verilmir. Baza və onun ətrafı üzərindəki səmada helikopterlər uçur, hücum edənləri axtarır.
Sonuncu dəfə oktyabrın 23-də Amerika bazasına hücum edilib. Daha sonra ABŞ Hərbi Hava Qüvvələrinin helikopterləri Əl-Meyadin və Zeyban yaxınlığındakı yaraqlıların mövqelərinə zərbələr endirib.