ABŞ-ın silah satışı 100 milyardı keçə bilər
ABŞ-ın xaricə silah satışından əldə etdiyi gəlir 2024-cü maliyyə ilinin sonuna kimi 100 milyard dolları keçə bilər.
“turaninsesi.az” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi bəyanat yayıb.
Müqayisə üçün qeyd edək ki, 2023-cü maliyyə ilində ABŞ silah satışından 66,2 milyard dollar, 2022-ci ildə isə 49,7 milyard dollar qazanıb.
Pentaqonun məlumatına görə, Vaşinqton 2022-ci ildə Ukraynanı silahla təchiz etməyə başladıqdan sonra dünyada Amerika silahlarına tələbat artıb.