ABŞ ilə danışıqlar başlayır : İran heyəti Omandadır

İranın xarici işlər naziri ABŞ-ın xüsusi nümayəndəsi ilə dolayı danışıqlar aparmaq üçün Omanın paytaxtı Məsqətə gedən siyasi nümayəndə heyətinə başçılıq edir.

turaninsesi.az” IRNA-ya istinadla xəbər verir ki, nümayəndə heyətinin tərkibinə onun müavinləri – Məcid Təxt-Rəvançi, Kazem Qəribabadi və İsmail Bəqai daxildir.

ABŞ nümayəndə heyətinə ölkənin Qərbi Asiya üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edəcək.

İranın xarici işlər naziri Abbas Əraqçi artıq Tehrаnın mövqeyini əks etdirən müddəaları sonradan ABŞ nümayəndə heyətinə çatdırılması üçün omanlı həmkarına təqdim edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI