ABŞ HHQ strateji silah arsenalını təkmilləşdirmək üçün Konqresdən 4,4 milyard dollar istəyib

0


ABŞ Hərbi Hava Qüvvələri “Minuteman III ICBM”ni nüvə silahı daşıya bilən “Sentinel” raketi ilə əvəz etmək üçün Konqresdən 4,4 milyard dollar tələb edib.

Turanın səsi ”  xəbər verir ki, bu barədə qurumun ABŞ Konqresinə ünvanladığı müvafiq sorğuda deyilir.

Qeyd olunub ki, ilk dəfə 1970-ci ildə yerləşdirilən “Minuteman III2 dünyanın ən qədim quruda yerləşən strateji raket sistemidir.

Məlumatda vurğulanıb ki, “Minuteman III” ballistik raketi 1970-ci ildən ABŞ Hərbi Hava Qüvvələrində xidmətdədir, dəfələrlə təkmilləşdirilib. Bu raketin son sınaqları 2022-ci ilin avqustunda həyata keçirilib. “Minuteman III”ü əvəz etməli olan ən son “Sentinel” raketinin ilk sınaqları 2023-cü ilin martında ABŞ-da keçirilib.

Xatırladaq ki, “Sentinel” ABŞ nüvə triadasının ən operativ hissəsi kimi qiymətləndirilir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir