ABŞ hakimi Trampın planını dayandırdı QƏRAR

ABŞ-da federal hakim Prezident Donald Trampın Təhsil Nazirliyini ləğv etməyə yönəlmiş qərarını dayandıraraq, nazirlikdən çıxarılan şəxslərin də işlərinə bərpa olunmasına hökm verib.

turaninsesi.az” xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin  Boston bölgəsindən olan federal hakim Myonq Coun Prezident Donald Trampın Təhsil Nazirliyini bağlamağa dair fərmanının icrasını dayandıraraq, nazirliyin bağlanması prosesini saxlayıb.

Eyni zamanda, bu prosesdə işdən azad edilmiş təxminən 1300 nazirlik əməkdaşının vəzifələrinə qaytarılmasına qərar verilib.