ABŞ hərbçiləri İŞİD terror təşkilatının yüksək rütbəli üzvünü yaxalayıb

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İŞİD terror təşkilatının yüksək rütbəli üzvü Əbu Xəlil əl-Fədaninin Suriyanın şimalında keçirilən hərbi əməliyyat zamanı yaxalandığını bildirib.
Bu barədə “Turanın səsi ” xarici mətbuata istinadən xəbər verir.
Belə ki, Suriyanın şimalında helikopter yardımı ilə keçirilən hərbi əməliyyat zamanı Əbu Xəlil əl-Fədani yaxalanıb.
Əməliyyat zamanı ölən və yaralananların olmadığı bildirilir.
Komandanlığın sözçüsü polkovnik-leytenant Troy Qarlok isə bildirib ki, Əl-Fədani kimi İŞİD üzvlərinin ələ keçirilməsi terrorçuları aşkar etmək, hədəf almaq və döyüş meydanından uzaqlaşdırmaq qabiliyyətini artırır.