ABŞ generalı İsraildə müzakirələr apardı

0

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Erik Kurilla və İsrail ordusunun Baş Qərargah rəisi Herzi Ha-Levi regiondakı vəziyyəti müzakirə ediblər.

turaninsesi.az” xəbər verir ki,  İsrail ordusu İranın raket hücumuna cavab verməyə hazırlaşarkən Kurilla İsrailə səfər edib. Oktyabrın 1-də İnqilab Keşikçiləri Korpusu “Sadiq vəd 2” əməliyyatı çərçivəsində İsrailə çoxlu sayda raket atıb. İsrail ordusu hücuma lazım bildiyi zaman cavab verəcəklərini bildirib.

İsrailin cavab olaraq İranın neft və nüvə obyektlərinə zərbələr endirə biləcəyi güman edilir. 

CENTCOM-un cavabdehlik sahəsinə Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiya və Cənubi Asiyanın bəzi hissələri daxildir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir