ABŞ Estoniyaya F-22 qırıcıları göndərir

ABŞ Estoniyanın paytaxtı Tallin yaxınlığındakı “Emari” aviabazasına beşinci nəsil “F-22 Raptor” qırıcılarından ibarət eskadron yerləşdirib.

Turanın səsi ”  “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanlığı məlumat yayıb.

Onlar F-22-nin “Baltik dənizi regionunda təcavüzün qarşısını almaq üçün” Polşadan Estoniyaya gəldiyini qeyd ediblər.

Aprelin əvvəlində 12 ədəd F-22 qırıcısı ABŞ-dan Polşanın “Povidz” aviabazasına “NATO-nun şərq cinahında birləşmiş hava və raketdən müdafiə imkanlarını tamamlamaq üçün mühüm missiya təmin etmək üçün” yerləşdirilib.

Həmçinin qeyd edilir ki, Latviyada İspaniya silahlı qüvvələri NASAMS hava hücumundan müdafiə sistemini yerləşdirib və Estoniyada yerləşən Britaniyanın “Tayfun” qırıcıları Baltik dənizi üzərində hava məkanında patrul xidməti həyata keçirir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir