ABŞ Əli Laricaninin başına 10 milyon dollar mükafat qoyubmuş
İsrail İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin başına 10 milyon dollar mükafat qoyubmuş.
“turaninsesi.az ” xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Estoniyanın xarici işlər naziri ilə birgə brifinqdə bildirib.
O deyib ki, İsrail Müdafiə Qüvvələri (IDF) İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, “Bəsic” qüvvələrinin komandiri Qulamrza Süleymani və onun müavini məhv edib.
Nazirin sözlərinə görə, “İsrail ordusu İranın yüksək vəzifəli şəxslərinə zərbə endirməklə rejimin terror fəaliyyətinə qarşı ciddi addımlar atıb”.
G.Saar qeyd edib ki, İranda azadlıq istəyən xalqa qarşı repressiyaların başında duran bu şəxslərin öldürülməsindən sonra indi iranlılar “daha təhlükəsiz” vəziyyətdədir.
“Əli Laricaninin başına 10 milyon dollar mükafat qoyulmuşdu, lakin biz bunu havayı etdik”, – o əlavə edib.
Qeyd edək ki, bu yaxınlarda ABŞ Dövlət Departamenti İranın yeni Ali Lideri Müctəba Xamenei və İslam Respublikası hökumətinin digər nümayəndələrinin tutulmasına kömək edən məlumata görə 10 milyon dollara qədər mükafat elan edib. Bu məsələ ilə bağlı ABŞ Dövlət Departamentinin saytında rəsmi açıqlama yerləşdirilib.
Arzu Paşaqızı