ABŞ döyüş sursatlarının alışına 30,6 milyard dollar xərcləyəcək
![](https://turaninsesi.az/wp-content/uploads/2023/03/dollars-rally-may-be-nearing-tipping-point-as-fed-readies-big-hikes-1024x768.jpg)
ABŞ növbəti maliyyə ilində döyüş sursatlarının alınmasına 30,6 milyard dollar xərcləmək niyyətindədir.
“turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks Pentaqonda keçirilən brifinqdə bildirib.
“2024-cü maliyyə ilində 30,6 milyard dollar dəyərində sursat alacağıq ki, bu da 2023-cü maliyyə ilindən təqribən 12% çoxdur”, – o deyib.