ABŞ Dövlət Departamenti Polşaya “Hellfire” raketlərinin satışına icazə verib

ABŞ Dövlət Departamenti Polşaya 150 milyon dollar dəyərində “Hellfire” raketləri və digər sistemlərin mümkün satışına icazə verib.

Turanın səsi ”  xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb. Agentlik, hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdehdir.

Agentliyin açıqlamasında bildirilib ki, ABŞ Xarici İşlər Nazirliyi təxminən 150 milyon dollar dəyərində “AGM-114R2 Hellfire” raketləri və müvafiq avadanlıqların Polşa hakimiyyətinə satışını təsdiqləyib.

Qeyd olunub ki, rəsmi Varşava ABŞ-dan bu raketlərin 800 ədədini, eləcə də digər sistemləri almaq üçün icazə istəyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir