ABŞ-da Tramp işi ilə bağlı sübutların açıqlanması qadağan edilib

ABŞ-ın Florida ştatının Cənub Dairəsi üzrə Federal Məhkəməsi məxfi sənədləri düzgün saxlamamaqda təqsirləndirilən ABŞ-ın keçmiş prezidenti Donald Trampın işində sübut kimi istifadə olunan materialların açıqlanmasını və yayılmasını qadağan edib.

turanın səsi ” xəbər verir ki, bu barədə məhkəmənin qərarında deyilir.

“Sübutlar, ondan irəli gələn hər hansı bir məlumat ictimaiyyətə və ya KİV-ə açıqlanmamalı, ABŞ hökumətinin əvvəlcədən xəbərdarlığı və razılığı və ya məhkəmənin razılığı olmadan hər hansı xəbər və ya sosial media platformasında yayılmamalıdır”, – qərarın mətnində deyilir.

Bununla məhkəmə prokurorluğun verdiyi vəsatəti təmin edib. Məhkəmənin qərarına əsasən, söhbət ittiham tərəfinin məhkəməyə hazırlıq zamanı müdafiə tərəfinə təqdim etdiyi bütün məxfi sübutlardan gedir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir