ABŞ-da tornado, ölənlər və yaralılar var


ABŞ-ın Texas ştatının Perriton şəhərində baş verən tornado nəticəsində 3 nəfər ölüb, 100-ə yaxın şəxs yaralanıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Perritonda treyler evləri və telekommunikasiya qüllələri də dağılıb. Bundan əlavə, elektrik enerjisində fasilələr var.

Bununla bağlı yerli xəstəxananın nümayəndəsi telekanala bildirib ki, müəssisə elektrik generatorlarının köməyi ilə işləməyə məcbur olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir