ABŞ-da qar fırtınasında ölənlərin sayı 65 nəfərə çatıb

ABŞ-da bir həftədən çoxdur davam edən kəskin hava səbəbindən həyatını itirənlərin sayı 65 nəfərə çatıb.

Bu barədə “Turanın səsi “ xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, Buffalo şəhərində şəxsi avtomobilində kömək gözləyən qadın donaraq ölüb. Qohumları CNN-ə bildiriblər ki, iş üçün Şimali Karolinadan Buffaloya köçən 22 yaşlı Annendel Teylor həftəsonu evə gedərkən avtomobilində donub.

ABŞ-da qar fırtınası və şaxtalı hava səbəbindən həyatını itirənlərin yarıdan çoxu Nyu-Yorkun sakinləridir. Fırtınanın ən çox təsir götərdiyi Kanada ilə sərhəddəki Buffalo şəhərində həyat dayanıb, 34 nəfərin həyatını itirdiyi şəhərdə qalanlara qida, isti su, adyal və s. çatdırılır.

Milli Qvardiyanın hərbçiləri evsiz və yaşlı insanların vəziyyətini yoxlamaq üçün qapı-qapı gəzir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir