ABŞ-da Pentaqonun sənədlərinin sızması faktı ilə bağlı cinayət işi açılıb

ABŞ Ədliyyə Nazirliyi Pentaqonun onlarla sənədinin sızdırılması ilə bağlı cinayət işi açıb.

Turanın səsi ” xəbər verir ki , bu barədə  “Financial Times”a istinadən xəbər verir.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh bildirib ki, Müdafiə Nazirliyi sosial mediada yayılan və fotoları çəkilən çox məxfi materialları araşdırmaq və qiymətləndirməkdə davam edir.

O əlavə edib ki, Pentaqon sənədlərin ABŞ-ın milli təhlükəsizliyinə, eləcə də müttəfiqlərinə və tərəfdaşlarına təsirini qiymətləndirmək üçün idarələrarası iş təşkil edib.

Nəşr qeyd edib ki, sosial şəbəkələrə sızan sənədlər brifinq slaydlarını ehtiva edir, bəziləri Pentaqonun Birgə Qərargahı tərəfindən xüsusi hazırlanmış, digərləri isə digər milli təhlükəsizlik rəsmiləri üçün gündəlik brifinqlərə daxil edilən kəşfiyyat məhsulları kimi görünür.

Ukraynadakı müharibədən əlavə Çin, İran, Cənubi Koreya və İsrailin adı çəkilir. Sənədlər həm Ukrayna, həm də Rusiya üçün vacib məsələlərə işarə edir və hər iki ölkənin qoşunların hazırlanması və təchiz edilməsində çətinliklərlə üzləşdiyini göstərir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir