ABŞ-də səhiyyə sahəsində böhran: Yüzlərlə əməkdaş işdən çıxarıldı

ABŞ Prezidenti Donald Trampın Administrasiyası yüzlərlə əməkdaşının işdən çıxarılmasına göstəriş verib.

turaninsesi.az xəbərinə görə, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat verib.

“Trampın Administrasiyası Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yüzlərlə əməkdaşını, o cümlədən ictimai səhiyyə sahəsində əsas vəzifələrdə olanları da işdən çıxarıb”, – deyə hesabatda bildirilib.

İşdən çıxarılanlar arasında Laboratoriya Rəhbərliyi Xidmətini təşkil edən təxminən iyirmi işçi də olub ki, bu qrup epidemiyalarla mübarizə üzrə hazırlıq məsələlərinə cavabdehlik daşıyır.

Əməkdaşların sözlərinə görə, işdən çıxarılmalarına səbəb kimi aşağı məhsuldarlıq göstərilib.