ABŞ bölgəyə əlavə qüvvələr gətirir

Birləşmiş Ştatlar Yəməndəki husi üsyançılarına qarşı əməliyyatları davam etdirmək üçün Yaxın Şərqdəki hərbi varlığını artırmaq planlarını yekunlaşdırır.
“turaninsesi.az” Əl-Ərəbiyyə-yə istinadla xəbər verir ki, bunu adı çəkilməyən ABŞ rəsmiləri deyib.
Onların szölərinə görə, husilərə qarşı zərbələr hər gün davam edərkən, Pentaqon əlavə qoşun və hava hücumundan müdafiə sistemləri yerləşdirmək planlarını yekunlaşdırır.
ABŞ prezidenti Donald Tramp husilərə qarşı böyük zərbə endirmək əmri verdiyini açıqlamışdı. O vaxtdan bəri ABŞ silah anbarları və pilotsuz təyyarələrin yığılması zavodu da daxil olmaqla, 50-dən çox zərbə endirib. Amerika hakimiyyəti husi rəhbərliyinə və qüvvələrinə ciddi ziyan vurduğunu iddia edir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI