ABŞ BMT Baş katibinin telefon danışıqlarını dinləyirmiş
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230419_083946.jpg)
“BMT dünya təşkilatının Baş katibi Antonio Quterreşin telefonlarının dinlənilməsi ilə bağlı xəbərlərdən ABŞ-a rəsmi narahatlığını bildirib”.
“Turanın səsi ” xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
“BMT-nin Baş katibinin və digər yüksək səviyyəli nümayəndələrinin danışıqlarının ABŞ hakimiyyət orqanları tərəfindən dinləmə və müdaxilə obyekti olması barədə son xəbərlərlə bağlı narahatlığımızı rəsmi olaraq ev sahiblərinə bildirdik”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bu cür hərəkətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, BMT-nin imtiyazları və immunitetləri haqqında Konvensiyasından irəli gələn ABŞ öhdəliklərinə uyğun gəlmir.