“Abrams” tankları ilin sonunadək Ukraynaya veriləcək
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/FB_IMG_1682393566517.jpg)
Amerikanın “Abrams M1A1” tankları, ehtimal ki, 2023-cü ilin sonuna qədər Ukraynaya çatdırılacaq.
“Turanın səsi ” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun spikeri general Patrik Rayder bildirib.
O qeyd edib ki, indi Almaniyada kadr hazırlığı davam etdiriləcək – bunun üçün xüsusi olaraq oraya “Abrams M1” tankları göndəriləcək.
“Bu tanklar (Almaniyaya göndəriləcək – red.) yalnız təlim üçün nəzərdə tutulacaq. Bunlar sonradan Ukraynaya gedəcək yenilənmiş tanklar deyil”, – o qeyd edib.
Onun sözlərinə görə, Ukraynaya gələn “Abrams M1А1” ölkədə gedən döyüşlərin xüsusiyyətlərinə uyğun təchiz ediləcək.