83 milyon amerikalı artıq səs verib – Prezident seçkiləri

Noyabrın 5-də keçiriləcək seçkilərdə 83 milyona yaxın ABŞ vətəndaşı erkən səs verib.

turaninsesi.az” xəbər verir ki, bunu Florida Dövlət Universitetinin dərc etdiyi məlumatlar sübut edir.

Ekspertlərin hesablamalarına görə, 82 milyon 713 min 594 nəfərin təxminən 45 milyonu seçki məntəqələrində şəxsən, 37,7 milyonu isə poçt vasitəsilə səs verib.

Erkən səsvermədə iştirak edənlərin 37,8 faizi Demokrat Partiyasının, 35,8 faizi Respublika Partiyasının üzvləridir. Digər 26,4% isə partiya mənsubiyyətini göstərməyib.

Ən çox erkən səs verən ştatların siyahısına Texas (8,9 milyon) başçılıq edir. İlk üçlüyə Florida (8,3 milyon) və Kaliforniya (8,1 milyon) da daxildir.

ABŞ-da qeydə alınmış seçicilərin sayı təxminən 168 milyon nəfərdir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir