77-ci hücum dalğası başladı

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İsrailə və Yaxın Şərqdəki Amerika hərbi bazalarına qarşı 77-ci hücum dalğasının başladığını elan edib.

turaninsesi.az ” Təsnim-ə istinadla xəbər verir ki, “Xeybərşekən” ballistik raketləri və dronlardan istifadə etməklə İsrailin şimalı, mərkəzi və cənubu hədəf alınıb.

İran ordusu həm də Küveytdəki Əli Əl-Salem, Səudiyyə Ərəbistanındakı Əl-Xərc və BƏƏ-dəki Əl-Dəfra Amerika bazalarına zərbələr endirib.

“Sepah”ın bəyanatda deyilir: “ABŞ prezidenti Donald Trampın ziddiyyətli davranışı bizi cəbhəni tərk etməyə məcbur etməyəcək və biz mübarizəni davam etdirəcəyik”.

Arzu Paşaqızı