50 gündür ki, Qəzzaya ərzaq çatdırılmır – BMT

50 gündən artıqdır ki, Qəzza zolağının şimalına ərzaq demək olar ki, çatdırılmır.

turaninsesi.az” xəbər verir ki, bunu BMT-nin Dünya Ərzaq Proqramının (WFP) Fələstin ərazilərindəki direktoru Antuan Renard deyib.

Onun sözlərinə görə, Qəzzada müşahidə olunan dağıntı və aclıq səviyyəsi əvvəlkindən daha pisdir:

“İnsanlar artıq vəziyyətin öhdəsindən gələ bilmirlər. Ərzaq demək olar ki, gəlmir, bazarlar boşdur. Noyabr ayında təxminən 815 min insan WFP-dən ərzaq yardımı aldı ki, bu da ehtiyacı olanların ancaq yarısıdır”.

Renardın hesablamalarına görə, Fələstində 2,2 milyona yaxın insan kəskin qida çatışmazlığı ilə üzləşir.