5 min ukraynalı məhkum cəbhəyə yollandı 

Ukraynada 5 minə yaxın məhkum şərti azadlığa buraxılması müqabilində cəbhəyə getməyə razılaşıb. 

Turanın səsi ” NEXTA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə nazirinin müavini Yelena Vısotskaya məlumat verib. 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir